Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu il iyulun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,4% artaraq 743,3 minə çatıb.
Banco.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bunun 43 mini əlavə dəyər vergisi (ƏDV) ödəyicisidir. Bu isə ilin əvvəlinə nisbətən 7,6% çoxdur
Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 4,4% artaraq 197,6 minə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
