Taksilər 37 milyondan çox sərnişin daşıyıb | Banco.az

Taksilər 37 milyondan çox sərnişin daşıyıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin yanvar-iyun aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 60,8 mln. ton yük, 781,1 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,8% və 17,3% artım qeydə alınıb.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə taksidən istifadə edən sərnişinlərin sayı 37 302,1 nəfərə bərabər olub.

Qeyd edilib ki, sərnişinlərin 95,2%-i avtobus, 4,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 4,1%, sərnişin dövriyyəsi isə 17,5% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et