Azərbaycanda əmtəəlik qaz hasilatı 3% artıb, neft hasilatı 7,7% azalıb | Banco.az

Azərbaycanda əmtəəlik qaz hasilatı 3% artıb, neft hasilatı 7,7% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-iyun aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 24,2 mlrd. manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4% azalıb.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 24 165 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 3,4% azdır.

Məlumata görə, hesabat dövründə əmtəəlik neft hasilatı 15,2 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 18,2 mlrd. kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,7% azalıb, əmtəəlik qaz hasilatı isə 3,2% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et