Müəllif: Tamara Mustafayeva, Banco.az
Cənubi Koreya Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb.
Banco.az xəbər verir ki, Cənubi Koreya Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyərək 3,5 faiz səviyyəsində saxlayıb. Ekspertlərin proqnozu da məhz bu istiqamətdə idi.
Mərkəzi Bank yanvar ayında sonuncu faiz artımından sonra ardıcıl dördüncü dəfədir ki, faiz dərəcələrini dəyişməyir.
Həmçinin qeyd edilib ki, avqustdan sonra ölkədə inflyasiyanın 3 faiz səviyyələrinə çatacağı gözlənilir. Xatırladaq ki, Cənubi Koreyada inflyasiya səviyyəsi iyun ayında 2,7 faizlə 2021-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!