"Məşğulluq sahəsində süni intellekt inqilabının astanasındayıq" | Banco.az

"Məşğulluq sahəsində süni intellekt inqilabının astanasındayıq"

Müəllif: Tamara Mustafayeva, Banco.az

İƏİT: Məşğulluq sahəsində süni intellekt inqilabının astanasındayıq.

Banco.az xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) “Süni intellekt və əmək bazarı” başlığı ilə “Məşğulluğun Vəziyyəti 2023” hesabatını dərc edib.

Süni intellektin əmək bazarına təsirini təhlil edən hesabatda deyilir ki, firmaların süni intellektdən istifadəsi hələ də nisbətən aşağı olsa da, texnologiyada sürətli irəliləyişlər, xərclərin azalması və süni intellekt bacarıqlarına malik işçilərin artması İƏİT ölkələrinin “süni intellekt inqilabı” astanasında ola biləcəyini göstərir.

Hesabatda həmçinin qeyd olunub ki, süni intellektin təsirini nəzərə alaraq, avtomatlaşdırma riski yüksək olan peşələr məşğulluğun təxminən 27 faizini təşkil edir.

Tikinti, əkinçilik, balıqçılıq və meşəçilik kimi aşağı və orta ixtisaslı işlərin əsas risk altında olduğu vurğulanan hesabatda yüksək ixtisaslı peşələrin də ən azı avtomatlaşdırma riski daşıdığı qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda bildirilib ki, hazırda dünya üzrə 5 işçidən 3-ü yaxın 10 il ərzində iş yerlərini tamamilə süni intellektin ələ keçirməsindən və həmçinin maaşlarının azalmasından narahatlıq duyurlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram