Ləğv edilmiş "Günay Bank"ın əmanətlərinin 83%-dən çoxu kompensasiya edilib | Banco.az

Ləğv edilmiş "Günay Bank"ın əmanətlərinin 83%-dən çoxu kompensasiya edilib

Lisenziyası ləğv edilmiş "Günay Bank" ASC-nin qorunan əmanətçilərinə ödənilmiş kompensasiyaların məbləği açıqlanıb.

Banco.az Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, iyulun 11-nə kimi bankın 1 810 əmanətçisinə 29 347 665 manat kompensasiya ödənilib.

    Qeyd edək ki, "Günay Bank" ASC-nin əmanətçilərinə kompensasiya olunacaq məbləğ 35 milyon 120 min manat təşkil edir. Bu isə o deməkdir ki, ümumi kompensasiya məbləğinin 83,5%-i artıq əmanətçilərə ödənilib.

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Ən sərfəli kredit üçün müraciət et

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et