“Mercedes-Benz” şirkətinin satışları II rübdə artım göstərib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Mercedes-Benz” şirkətinin satışları II rübdə artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Mercedes-Benz” şirkətinin satışları ikinci rübdə 6% artıb.

Banco.az xəbər verir ki, alman avtomobil istehsalçısı “Mercedes-Benz”in avtomobil və yüngül kommersiya vasitəsi satışları ilin ikinci rübündə elektrik və lüks avtomobillərə olan tələbat səbəbiylə 6 faiz artıb.

Baş ofisi Almaniyanın Ştutqart şəhərində yerləşən və “Mercedes” markasının sahibi olan “Daimler AG Group” tərəfindən edilən açıqlamada “Mercedes Benz”in avtomobil və yüngül kommersiya vasitəsi tədarüklərinin ilin aprel-iyun dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 515 min 700 ədədə çatdığı bildirilib.

Şirkətin ən böyük bazarı olan Çində avtomobil tədarükü də sözügedən dövrdə 12 faiz artaraq 183 min 600 ədədə çatıb. Almaniyada tədarüklər 23% artaraq 58 min 600 ədəd, ABŞ-da isə 6% artaraq 88 min 100 ədəd olub.

Qeyd edək ki, elektromobillər ikinci rübdə də satışların hərəkətverici qüvvəsi olmağa davam edib. Belə ki, elektrik avtomobili satışları 123 faiz artaraq 56 min 300 ədəd hesablanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram