Bank sektorunun xarici öhdəlikləri 793 milyon manat artıb | Banco.az

Bank sektorunun xarici öhdəlikləri 793 milyon manat artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan banklarının  xarici öhdəliklərinin həcmi bu ilin iyunun 1-i tarixinə 2 milyard 555 milyon manat olub.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ilin əvvəlinə nəzərən 793.1 mln. manat çoxdur.  

Qeyd edilib ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident bankların "loro" müxbir hesabları, həmçinin hüquqi və fiziki şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.

Hesabata görə, bankların xarici öhdəlikləri bir ay əvvəllə müqayisədə 0,4%, illik müqayisədə isə 72,4% artıb.  

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et