Təmiz enerjidə kritik minerallar bazarı iki dəfədən çox artıb | Banco.az

Təmiz enerjidə kritik minerallar bazarı iki dəfədən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Təmiz enerjidə istifadə olunan kritik minerallar bazarı iki dəfədən çox artıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) bu il ilk dəfə dərc etdiyi Kritik Minerallar Bazarının Qiymətləndirilməsi hesabatına əsasən, təmiz enerji texnologiyalarındakı rekord artım litium, kobalt, nikel və mis kimi minerallara da tələbatı artırır.

Bu minerallara tələbat 2017-2022-ci illər ərzində litium üçün üç dəfə, kobalt üçün 70 faiz, nikel üçün isə 40 faiz artıb.

Artan tələbatı ödəmək üçün kritik minerallara tədarük investisiyaları 2022-ci ildə əvvəlki illə müqayisədə 30 faiz artaraq 40 milyard dolları keçib. Bu baxımdan ən böyük investisiya qoyuluşu 50 faizlə litium tədarükü üzrə olub ki, onu mis və nikel izləyib.

Enerji transformasiyasında istifadə olunan kritik minerallar bazarının ümumi həcmi isə 2017-2022-ci illərdə iki dəfədən çox artaraq 320 milyard dollara çatıb. Sözügedən artımda mis bazarı təxminən 200 milyard dollarla birinci yerdədir. Litiumun bazar həcmi 40 milyard dolları, nikelinki isə 60 milyard dolları ötüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et