Qızılın qiyməti bahalaşıb | Banco.az

Qızılın qiyməti bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qızılın qiyməti ABŞ istiqraz faizlərinin azalması və dolların zəifləməsi fonunda bahalaşıb.

Banco.az xəbər verir ki, investorların Fed-in monetar sərtləşdirmə siyasətini davam etdirəcəyini gözləməsinə baxmayaraq, ölkədə istiqraz faizlərini aşağı düşməsi və dolların qlobal miqyasda zəifləməsi qızılın mövqeyini dəstəkləyib.

Spot bazarda qızılın bir unsiyası 1933 dollara satılır.

Qeyd edək ki, bazar ertəsi elan olunan ABŞ istiqrazlarının faizlərinin aşağı düşməsi xəbəri  faiz gətirməyən qiymətli metala müsbət təsir göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et