İngiltərədə 2 illik ipoteka krediti faizləri artıb | Banco.az

İngiltərədə 2 illik ipoteka krediti faizləri artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada 2 illik ipoteka (mənzil) kreditləri üzrə faizlər artıb.

Banco.az xəbər verir ki, maliyyə məlumat təminatçısı “Moneyfacts” tərəfindən edilən açıqlamada ölkədə orta hesabla 2 illik sabit mənzil kreditinin 6,63 faizə yüksəldiyi bildirilib.

Ötən ilin oktyabr ayında hökumət büdcəsində yaşanan böhran səbəbindən ölkədə orta hesabla 2 illik sabit ipoteka krediti faiz dərəcəsi 6,65 faiz olaraq qeydə alınmışdı.

Mütəxəssislər qeyd edirlər ki, faiz dərəcələrinin artması mənzil satışlarına təzyiq göstərir.

Bununla yanaşı, ötən il ölkədə 5 illik sabit ipoteka krediti üzrə orta faiz dərəcəsi isə 3 faiz ətrafında olub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, İngiltərə Bankı (BoE) ötən ay uçot dərəcəsini 50 baza bəndi artıraraq 4,50 faizdən 5 faizə qaldırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et