Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət sığorta şirkətləri bu ilin yanvar-may aylarında 174 milyon 436 min manat məbləğində sığorta ödənişi həyata keçiriblər.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə şirkətlərdən 3-də ödənişlərinin məbləği 10 milyon manatdan çox olub.
Bunlar "Paşa Həyat Sığorta" (82,6 milyon manat), "Paşa Sığorta" (30,9 milyon manat) və "Atəşgah Həyat Sığorta"dır (10,2 milyon manat).
Əlavə edək ki, bu 3 şirkətin ödədiyi ümumi sığorta ödənişinin məbləği isə 123 milyon 798 min manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!