Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə may ayında işsizlik səviyyəsi 0,5 faiz bəndi azalaraq 9,5 faizə düşüb.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) may ayı üzrə işsizlik məlumatlarını dərc edib.
Ev Təsərrüfatları İşçi Qüvvəsi Sorğunun nəticələrinə görə, 2023-cü ilin may ayında 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 193 min nəfər azalaraq 3 milyon 328 min nəfər hesablanıb. İşsizlik nisbəti isə 0,5 faiz bəndi azalaraq 9,5 faiz olub. Beləliklə, işsizlik 2014-cü ildən bəri ən aşağı həddə çatıb.
İşsizlik nisbəti kişilər üçün 7,7 faiz olduğu halda, qadınlar üçün 13,0 faiz proqnozlaşdırılıb.
2023-cü ilin may ayında məşğul əhalinin sayı əvvəlki aya nəzərən 63 min nəfər artaraq 31 milyon 716 min nəfər olub, məşğulluq nisbəti isə dəyişməyərək 48,5 faizdə qalıb. Bu nisbət kişilərdə 66 faiz olduğu halda, qadınlarda 31,4 faiz qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!