Vüqar Bayramov: "Regionlarda kreditlər əlçatan deyil" | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Vüqar Bayramov: "Regionlarda kreditlər əlçatan deyil"

"Azərbaycandakı kommersiya banklarının verdikləri kreditlərin 76 %-i Bakının payına düşür, odur ki, regionlarda kreditlər əlçatan deyil".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Bakıda keçirilən "Bank mübahisələrinin uğurlu həlli yollar" mövzusunda Elmi-Praktik Konfransda bildirib.

"Regionlarda xüsusilə sahibkarların kreditlərə əlçatanlığı aşağı səviyyədədir. Paytaxtdan kənarda kreditləşmə imkanlarından kifayət qədər yaxşı istifadə edilmir", - deyə o qeyd edib.

Bundan başqa, deputatın sözlərinə görə, Azərbaycanda istehlak kreditləşməsinin sürətlə artması da narahatlıq doğurur: "Bu ilin 5 ayında ölkədə 9 milyard manatdan çox istehlak və ipoteka kreditləri verilib. Biz nə qədər istehlak kreditlərinə önəm veririksə, bir o qədər də mübahisələr üçün zəmin yaradırıq".

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram