Canet Yellen tənəzzüllə bağlı bəyanat verib | Banco.az

Canet Yellen tənəzzüllə bağlı bəyanat verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Canet Yellen ABŞ-da tənəzzül ehtimalının artıq risk olmadığını söyləmək üçün hələ tez olduğunu bildirib.

Banco.az xəbər verir ki, ABŞ-ın maliyyə naziri Canet Yellen ölkəsindəki mötədil iqtisadi artımın “uyğun və normal” olduğunu dilə gətirib, ancaq inflyasiyanın səviyyəsini çox yüksək kimi qiymətləndirib.

Yellen bazar günü CBS televiziyasına verdiyi müsahibədə deyib: “Resessiya riski aradan qalxmayıb”.

“Mənim ümidim və inamım sağlam əmək bazarı ilə inflyasiyanın aşağı salınmasınadır. Bu yolda irəlilədiyimizə dair işarələr var”, - deyə o bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ABŞ-da iyun ayı inflyasiyası bu çərşənbə günü açıqlanacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et