Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-may aylarında Hindistana 610 milyon 361 min dollar dəyərində neft ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 159,6 milyon dollar və ya 20,7% azdır.
Hindistana ixrac edilən neftin dəyərinin azalmasına baxmayaraq, həcmi 68,1 milyon ton artıb.
Belə ki, cari ilin 5 aylıq dövründə Azərbaycanın Hindistana satdığı neftin həcmi 1,1 milyon ton olub.
Məlumata görə, hesabat dövründə Hindistan Azərbaycandan ən çox neft idxal edən 4-cü ölkə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!