Azərbaycanda həyat sığortası üzrə yığımlar 42%-dən çox artıb | Banco.az

Azərbaycanda həyat sığortası üzrə yığımlar 42%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-may aylarında könüllü həyat sığortası növlərinin hesabına 251 milyon 889 min manat sığorta haqqı yığılıb.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 75 milyon 222 min manat və ya 42,5% çoxdur.

Hesabat dövründə könüllü həyat sığortası növləri üzrə ödənişlər isə 2022-ci ilin eyni ayları ilə müqayisədə 43,1 milyon manat və ya 85% artaraq 93 milyon 926 min manata çatıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram