"Fiat" niyə boz avtomobil istehsal etməməyə qərar verdiyini açıqlayıb | Banco.az

"Fiat" niyə boz avtomobil istehsal etməməyə qərar verdiyini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Fiat” niyə boz rəngli avtomobillər istehsal etməmək qərarına gəlib?

Banco.az xəbər verir ki, boz avtomobillərin istehsalını dayandırmağa qərar verən İtalyanın avtomobil istehsalçısı “Fiat” şirkətin baş direktorunun çəkildiyi reklam çarxı ilə niyə bu qərara gəldiklərini açıqlayıb.

Qeyd edək ki, “Fiat” markası “Stellantis” qrupunun bir hissəsi olaraq boz rəngli avtomobillərin istehsalını dayandırmaq qərarına gəlib. 2023-cü ilin iyun ayından etibarən məşhur boz rəngin markanın palitrasından silinəcəyini açıqlayan şirkət bütün korpus rənglərinin dəniz, günəş, səma və İtaliya torpağından ilhamlanacağını bildirib.

“Fiat”ın baş direktoru və “Stellantis”in Marketinq Direktoru Olivier Fransua mövzu ilə bağlı açıqlamasında belə deyib:

“Qaydaları pozduq: Bu çətin və əsaslı addım sevinc, rəng və nikbinlik brendi kimi “Fiat”ın liderliyini daha da möhkəmləndirmək məqsədi daşıyır. İtaliya rənglər ölkəsidir və biz insanları nikbinlik və pozitivliklə yaşamağa ruhlandırmaq istəyirik.”

Ən sərfəli kredit üçün müraciət et

Avropa ölkələrində boz avtomobillərin populyarlığını nəzərə alaraq bu qərarı qəbul etməyin asan olmadığını bildirən Fransuanın çəkildiyi sözügedən reklam filmində markanın yeni “Fiat 600e” modeli narıncı rəngli boya çəlləyinin içərisinə düşərkən təsvir edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et