Vüqar Bayramov: "Rublun ucuzlaşması Azərbaycan üçün arzuolunan deyil" | Banco.az

Vüqar Bayramov: "Rublun ucuzlaşması Azərbaycan üçün arzuolunan deyil"

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Rusiya rublu dəyər itirməkdədir. Son 2 ayda rubl dollara nisbətən 14 faiz ucuzlaşıb. Sanksiyalar rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür. Digər tərəfdən, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur".

Banco.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov rublun dəyər itirməsini şərh edərkən deyib.

Deputatın sözlərinə görə, bu baxımdan, Rusiya pulunun manata nisbətən dəyər itirməsi Azərbaycanın ixrac edilən qeyri-neft məhsulların rubl ifadəsində bahalaşmasına səbəb olur. Bu isə qeyri-neft ixrac imkanları baxımından arzuolunan deyil”.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında Rusiya Azərbaycandan 403 milyon 984 min dollar dəyərində qeyri-neft məhsulları idxal edib. Hazırda Rusiya Azərbaycanın 2-ci əsas qeyri-neft idxalçısıdır.

V. Bayramov bildirib ki, tədiyə balansında profsit və əsas tərəfdaş ölkələrdə kursun dəyişməsi manatın nominal effektiv məzənnəsini bu ilin ilk 5 ayında 5.1% möhkəmləndirib: "Qeyd edək ki, tədiyə balansındakı profisitin əsas səbəbi enerji məhsullarının ixracatıdır. Bu aspektdən, ixracatın strukturunun keyfiyyət baxımdan daha da təkmilləşdirilməsi prioritetdir.

Ən sərfəli kredit üçün müraciət et

Rusiya daxil olmaqla, qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, hazırda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Amma Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et