Azərbaycanın İsrailə neft satışından qazancı 224 milyon dollar azalıb | Banco.az

Azərbaycanın İsrailə neft satışından qazancı 224 milyon dollar azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-may aylarında İsrailə 631 milyon 333 min dollar dəyərində 1,1 milyon ton neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 14,4%, dəyər baxımından isə 224 milyon 167 min dollar azdır.

Məlumata görə, hesabat dövründə İsrail Azərbaycandan ən çox neft alan 3-cü ölkə olub.

Əlavə edək ki, yanvar-may aylarında iki ölkə arasında ticarət dövriyyəsi 644 milyon 250 min dollar təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram