Məzənnə rejimləri | Banco.az

Məzənnə rejimləri

Ölkədə milli valyutanın xarici valyutaya nəzərən məzənnəsinin müəyyən edilməsi üsulu. Təcrübədə 3 məzənnə rejimi mövcuddur: 1. Üzən 2. Üzən-tənzimlənən 3. Təsbit edilmiş Üzən məzənnə rejimində məzənnə valyuta bazarında tələb-təklif əsasında, heç bir müdaxilə olmadan formalaşır. Mərkəzi Bank yalnız fövqəladə hallarda valyuta bazarına müdaxilə edir. Üzən-tənzimlənən rejimdə isə məzənnə əsasən tələb-təklif əsasında müəyyən edilsə də, Mərkəzi Bank kəskin tərəddütlərinin qarşısını almaq üçün aktiv fəaliyyət göstərir. Təsbit edilmiş rejimdə isə valyuta məzənnəsi Mərkəzi Bank tərəfindən elan edilir və məzənnənin sabitliyi təmin edilir.