Türkiyədə bankların mənfəəti 44 faiz artıb | Banco.az

Türkiyədə bankların mənfəəti 44 faiz artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə bank sektorunun mənfəəti yanvar-may dövründə 44 faiz artaraq 190,3 milyard lirəyə çatıb.

Banco.az xəbər verir ki, Bank Tənzimləmə və Nəzarət Agentliyi (BDDK) tərəfindən 2023-cü ilin may ayı üzrə "Türkiyə Bank Sektorunun Konsolidasiya Edilməmiş Əsas Göstəriciləri" adlı hesabatı açıqlanıb.

Hesabata görə, may ayında bank sektorunun aktiv həcmi 16 trilyon 846 milyard 448 milyon lirə olub. Sektorun cəmi aktivləri 2022-ci ilin sonu ilə müqayisədə 2 trilyon 499 milyard 58 milyon TL artarkən, bunun proporsional ekvivalenti isə 17,4 faiz hesablanıb.

May ayının sonuna olan məlumata görə, sektorun dövr üzrə xalis mənfəəti əvvəlki ilin eyni dövrünə nəzərən 44 faiz artaraq 190 milyard 344 milyon lirəyə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram