Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiyada xidmət sektorunun aktivliyi iyun ayında aşağı düşüb.
Banco.az xəbər verir ki, Yaponiyada xidmət sektorunun fəaliyyəti iyun ayında iqtisadiyyatdakı güclü tələb şəraitinə görə genişlənmə zonasında qalıb.
Yaponiyanın yekun Jibun Bank Xidmətlər satınalma menecerləri indeksi (PMI) may ayındakı rekord hədd olan 55,9 punktdan iyunda 54 punkta düşüb.
Qeyd edək ki, indeksin 50 punktdan yuxarı dəyər alması sektorda genişlənməni, aşağı dəyər alması isə daralmanı göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!