Sinqapurda inflyasiya gözləntiləri aşağı salınıb | Banco.az

Sinqapurda inflyasiya gözləntiləri aşağı salınıb

Müəllif - Aida İsaq, Banco.az

Sinqapurda ilin sonuna qədər inflyasiya səviyyəsinin azalacağı gözlənilsə də, iqtisadi artım zəif olaraq qalacaq.

Banco.az xəbər verir ki, Sinqapur Valyuta Təşkilatının (MAS) rəhbəri Ravi Menon 2023-cü il üçün əsas inflyasiya gözləntisinin 5,5 faizdən 4,5 faizə endirildiyini bildirib. Onun sözlərinə görə, bu, inflyasiya ilə mübarizənin bitdiyi anlamına gəlmir.

Qeyd edək ki, MAS 2021-ci ilin oktyabrından bəri sərtləşdirmə istiqamətində beş addım atıb. Qurum apreldə keçirdiyi son iclasda isə heç bir dəyişiklik etməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram