Mərkəzi Bankın rəhbərliyinə ödəmələr ötən il 2,5 mln. manatı ötüb | Banco.az

Mərkəzi Bankın rəhbərliyinə ödəmələr ötən il 2,5 mln. manatı ötüb

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə ötən il ümumilikdə 2 milyon 552 min manat həcmində ödəniş verilib.

Bu barədə AMB-nin illik audit hesabatına istinadən xəbər verilir. Bu isə 2021-ci ilə nisbətən 1 milyon 128 min manat və ya 79% çoxdur.

    Belə ki, Mərkəzi Bankın İdarə Heyətinə 2021-ci ildə 1 milyon 424 min manat əməkhaqqı və sosial fondlara ayırmalar edilib.

    Ən sərfəli kredit üçün müraciət et

    AMB-nin İdarə Heyətinə ötən il ərzində 2 milyon 63 min manat əmək haqqı verilib ki, bu da 2021-ci illə müqayisədə 80% çoxdur. Bu rəqəm 2021-ci ildə 1 mln. 146 min manat təşkil edib. Ödəmələrin 489 min manatını isə sosial fondlara ayırmalar təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 75,9% çoxdur.

    APA

    Ən sərfəli krediti almaq üçün müraciət et