Müəllif - Gülnar Əhmədli, Banco.az
Azərbaycan bu ilin yanvar-may aylarında Türkiyə, Rusiya və Gürcüstana ümumilikdə 1,1 milyard dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Türkiyə Azərbaycanın ən böyük qeyri-neft idxalçısı olub.
Belə ki, Azərbaycan cari ilin ilk 5 ayında Türkiyəyə 464,6 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib.
Bu dövrdə Rusiyaya ixrac edilən qeyri-neft məhsullarının dəyəri 403,9 milyon dollar, Gürcüstana ixrac edilən məhsulların dəyəri isə 161,2 milyon dollar olub.