Müəllif - Aida İsaq, Banco.az
Gələn il Rusiyada rəngli plastik butulkalar qadağan edilə bilər.
Banco.az xəbər verir ki, müvafiq addım ətraf mühitə uyğun olmayan qablaşdırmanın mərhələli şəkildə ləğvinə yönəlib. Bildiyiniz kimi, plastik butulkaların təkrar emal edilməsi çətin, bəzi hallarda isə qeyri-mümkündür. Bununla yanaşı, adı çəkilən ölkədə içkilərin etiketlərində istifadə olunan plyonkaların, plastik torbaların qadağan edilməsi gündəmdədir.
Qeyd olunur ki, qadağan olunmuş plastik qablaşdırma növlərinin siyahısının tədricən genişləndirilməsi və 2030-cu ilə qədər 20 adda məhsulu əhatələməsi planlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!