Türkiyədə ötən il 1,1 milyon avtomobil istehsal edilib | Banco.az

Türkiyədə ötən il 1,1 milyon avtomobil istehsal edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

2022-ci ildə Türkiyədə 1 milyon 119 min 615 avtomobil istehsal edilib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) 2022-ci il üzrə sənaye məhsullarının statistikasını açıqlayıb.

Buna görə, Türkiyədə 1 milyon 119 min 615 avtomobil, 10 milyon 3 min 696 məişət tipli soyuducu və dondurucu, 254 milyon 120 min 95 ton hazır beton, 1 milyon 409 min 755 kombi (hermetik), 10 milyon 869 min 822 günəş batareyası və 399 min 272 motosiklet istehsal edilib.

Müəssisələrin istehsal etdiyi məhsulların satışı isə 8 trilyon 922 milyard 683 milyon lirə təşkil edib. Sözügedən satış məbləğinin 12,8 faizini əsas metal sənayesi məhsulları təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram