Müəllif - Aida İsaq, Banco.az
İran yaxın aylarda Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə azad ticarət zonası sazişinin imzalanacağına ümid edir.
Banco.az xəbər verir ki, bu barədə İslam Respublikasının Rusiyadakı səfiri Kazem Cəlali məlumat verib. Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində təşkilat daxilində inteqrasiyadan məmnunluğunu ifadə edib. O, hələ də iqtisadi assosiasiyaya üzv olmayan bir sıra ölkələrə bu assosiasiyada iştirakda maraqlı olduqlarına görə təşəkkür edib. Rusiya dövlət başçısı texnoloji inkişafın ümumi prioritetlərini hazırlamaq və üçüncü ölkələrin cəlb edilməsi fonunda ittifaq yaratmağın önəmini vurğulayıb.
Rusiya prezidenti həmçinin Aİİ ölkələrinin liderlərinə Aİİ-nin iqlim və ekologiya klubunun həmçinin vahid reytinq agentliyinin yaradılmasını təklif edib.
Bizi sosial şəbəkələrdən izləyin!!