Gürcüstan və Türkiyə ilə kombo turların təşkili Azərbaycana nə verəcək? | Banco.az

Gürcüstan və Türkiyə ilə kombo turların təşkili Azərbaycana nə verəcək?

Azərbaycan və Gürcüstan pandemiyadan öncə mövcud olan kombo turist səfərlərinin yenidən təşkili üçün danışıqlar aparır. Belə ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) üzvləri ilə Gürcüstanın Turizm Assosiasiyasının üzvləri arasında keçirilən görüşdə bu məsələ bir daha gündəmə gətirilib.

Gürcüstanın Turizm Assosiasiyasının sədri Nata Kvaçantiradze ilə bu mövzuda müzakirələr aparan ATAA -nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov bildirib ki, belə turların təşkili bir neçə aspektdən Azərbaycan üçün əhəmiyyətli olacaq.

“Azərbaycan, Gürcüstan və Türkiyə istiqamətində kombo turların təşkil edilməsi təcrübəsi pandemiyadan öncəki dövrdə olub və uğurla tətbiq edilirdi. Turistlərin bu istiqamətdə həm individual, həm də qrup şəklində turları təşkil edilirdi. Qeyd etdiyim kimi, bu da çox uğurlu layihə idi. Təəssüflər olsun ki, pandemiya başladı və bu dövrdə sərhədlərin bağlanması məcburiyyətində qaldıq. Düşünürəm ki, yaxın gələcək üçün biz tam olaraq hazırlıqlarımızı görməliyik. Quru sərhədlər açıldıqdan sonra isə bu proses daha da sürətli və geniş şəkildə davam edəcək", - G. Qəhrəmanov qeyd edib.

Onun fikrincə, bu yaxşı təcrübədir: "Xaricdən, xüsusən də uzaq ölkələrdən bu bölgəyə üz tutan turistlər üçün belə turlar maraqlıdır. Avstraliya, Sinqapur, Malayziyadan Azərbaycana turistlər gəlirsə onlar bölgədə olan digər ölkələri də görmək istəyirlər. Məhz kombo turlar onlara Azərbaycan, Gürcüstan və Türkiyəyə səyahət etmək üçün sərfəli və cəlbedicidir.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et