ABŞ prezidenti və Hindistanın Baş naziri texnologiya şirkətlərinin rəhbərləri ilə görüşüb | Banco.az

ABŞ prezidenti və Hindistanın Baş naziri texnologiya şirkətlərinin rəhbərləri ilə görüşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Co Bayden və Hindistanın baş naziri Narendra Modi texnologiya şirkətlərinin rəhbərləri ilə görüş keçiriblər.

Banco.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden və Hindistanın baş naziri Narendra Modi süni intellekt, yarımkeçiricilər və kosmos da daxil olmaqla texnologiya sektorunda innovasiyaları və investisiyaları müzakirə etmək məqsədilə ABŞ və Hindistan şirkətlərinin yüksək səviyyəli rəhbərləri ilə görüş keçiriblər.

Ağ Evdə keçirilən görüşdə bəzi Silikon Vadisi şirkətlərinin rəhbərləri, o cümlədən “Google”un ana şirkəti “Alphabet”in baş direktoru Sundar Piçai, “Microsoft”un baş icraçı direktoru Satya Nadella, “Apple”ın baş icraçı direktoru Tim Kuk və “OpenAI”nin baş icraçı direktoru Sem Altman iştirak edib.

Görüşdə “Mahindra Group” meneceri Anand Mahindra və “Reliance Industries” meneceri Mukeş Ambani kimi bəzi Hindistan şirkətlərinin nümayəndələri də var idi.

Ən sərfəli kredit üçün müraciət et

Görüşdə ABŞ prezidenti Bayden iki ölkənin innovasiya və əməkdaşlığı yeni səviyyəyə çatdırdığını bildirib. O, həmçinin inkişaf etmək olan texnologiyaların etibarlı, təhlükəsiz olması və ortaq dəyərləri və insan hüquqlarını dəstəkləməsi üçün mühafizənin təşkilində texnologiya şirkətlərinin köməyinə ehtiyac olduğunu söyləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et