Azərbaycanda problemli kreditlərin məbləği 27% azalıb | Banco.az

Azərbaycanda problemli kreditlərin məbləği 27% azalıb

Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 490,1 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, mayın 1-i ilə müqayisədə 17,2 % azdır.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 17,4 %, son 1 ildə isə 27,3 % azalıb.

Bu il mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,3 % təşkil edib. Bu nisbət aprelin sonuna 2,8 %, ötən ilin sonuna 2,9 %, ötən il aprelin sonuna isə 3,6 % olub.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et