Almaniyada İxtisaslı İmmiqrasiya Aktı qəbul edilib | Banco.az

Almaniyada İxtisaslı İmmiqrasiya Aktı qəbul edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya ixtisaslı işçilər üçün immiqrasiya aktını qəbul edib.

Banco.az xəbər verir ki, Almaniyada Avropa İttifaqı xaricindən ixtisaslı işçilərin miqrasiyasını asanlaşdırmaqla ölkədəki ixtisaslı işçi çatışmazlığını aradan qaldırmağı hədəfləyən “İxtisaslı  İmmiqrasiya Qanunu” Federal Məclisdən (Bundestaq) keçib.

Bundestaqda keçirilən səsvermədə sözügedən qanun layihəsi hökuməti formalaşdıran Sosial Demokrat Partiyası, Yaşıllar və Azad Demokrat Partiyasının (FDP) səsləri ilə qəbul edilib.

Bununla da, Bundestaq alman hökumətinin Avropa İttifaqından kənardan gələn mühacirlərin ölkəyə daxil olmasını asanlaşdırmaq üçün tədbirlər görməsinə zəmin hazırlayıb.

Xatırladaq ki, qanunla Almaniya hökuməti Avropanın ən böyük iqtisadiyyatında ixtisaslı işçi çatışmazlığı ilə mübarizə aparmağı hədəfləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram