Azərbaycanda bank sektorunun xalis mənfəəti 32 faiz artıb | Banco.az

Azərbaycanda bank sektorunun xalis mənfəəti 32 faiz artıb

Azərbaycanda bank sektoru cari ilin yanvar-may aylarında 437,1 milyon manat xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 faiz çoxdur.

Hesabat dövrü ərzində bankların əməliyyat gəlirləri 1 milyard 866,3 milyon manat (1 il əvvələ nisbətən 27,9 % çox), əməliyyat xərcləri 1 milyard 195,6 milyon manat (27,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 127,8 milyon manat (8,4 % çox), gözlənilməz gəlirləri 0,3 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 106,1 milyon manat (45,15 % çox) təşkil edib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et