Türkiyəyə 5 ayda 14 milyon turist səfər edib | Banco.az

Türkiyəyə 5 ayda 14 milyon turist səfər edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyəni ziyarət edən turistlərin sayı 5 ay ərzində 14 milyona çatıb.

Banco.az xəbər verir ki, Türkiyə turizmində artım tempi may ayında da davam edib.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, may ayında Türkiyəyə gələn əcnəbilərin sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə 16,19 faiz artaraq 4,5 milyona çatıb.

Bu dövrdə Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr siyahısında 640 min 844 nəfərlə Rusiya birinci yeri tutub. Bu ölkədən Türkiyəyə gələn xarici ziyarətçilərin sayı əvvəlki ilə nəzərən 14,24 faiz artıb.

Rusiyanı 617 min 617 ilə Almaniya, 452 min 724 ilə İngiltərə izləyib.

Ən sərfəli kredit üçün müraciət et

Yanvar-may dövrünə nəzər saldıqda isə görülür ki, Türkiyəyə 14 milyondan çox turist səfər edib. Sözügedən dövrdə xarici ziyarətçilərin sayı əvvəlki ilin eyni dövrünə görə 23,65 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et