Azərbaycanın "yaşıl enerji" istehsalı üzrə regionun liderinə çevrilməsi üçün imkan olacaq.
Bu barədə V İqtisadiyyat və İdarəetmə Sahəsində Təqdqiqatçıların Beynəlxalq Elmi Konfransı zamanı BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, dövlətin artıq yeni enerji keçidi dövründə ənənəvi enerji resursları ilə bərabər alternativ və bərpa olunan enerji resurslarının inkişafında, hasilatında irəlidə olmaq niyyəti var.
"Bu istiqamətdə kifayət gedər ciddi addımlar atılır", - deyə Bəxtiyar Aslanbəyli əlavə edib.
O vurğulayıb ki, qeyd olunan istiqamətin zamanında inkişaf etdirilməsi sayəsində Azərbaycanın bu sahədə də regionun enerji liderinə çevrilmək imkanı var.
Apa
Bizi sosial şəbəkələrdən izləyin!!