Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə bank sektorunun kredit həcmi artaraq 9,7 trilyon lirəyə yüksəlib.
Banco.az xəbər verir ki, bank sektorunun kredit həcmi ötən həftə 52 milyard 447 milyon türk lirəsi artaraq 9 trilyon 687 milyard 645 milyon türk lirəsi olub.
Bu göstəricilər Bank Tənzimləmə və Nəzarət Agentliyinin (BDDK) dərc etdiyi həftəlik bülletendə qeyd olunub.
Sözügedən dövrdə ümumi kredit həcmi isə 9 trilyon 635 milyard 198 milyon lirədən 9 trilyon 687 milyard 645 milyon lirəyə yüksəlib.
Qeyd edək ki, bank sektorundakı cəmi əmanətlər isə (banklararası daxil olmaqla) ötən həftə 315 milyard 750 milyon lirə artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!