ABŞ-da ikinci əl mənzillərin satışı gözlənilən yüksək olub | Banco.az

ABŞ-da ikinci əl mənzillərin satışı gözlənilən yüksək olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ikinci əl mənzillərin satışı may ayında aylıq 0,2 faiz artaraq proqnozları üstələyib.

Banco.az xəbər verir ki, Milli Rieltorlar Assosiasiyası (NAR) may ayı üzrə ikinci əl mənzil satışlarına dair məlumatlar açıqlayıb.

Məlumatlar göstərir ki, ötən ay ABŞ-da ikinci əl mənzillərin satışı mövsümi təsirlərdən kənarlaşdırılmış şəkildə aylıq 0,2 faiz artaraq 4,3 milyon hesablanıb. İqtisadçılar isə bu göstəricinin 4,25 milyon səviyyəsində reallaşmasını gözləyirdilər.

Xatırladaq ki, ikinci əl mənzillərin satışı aprel ayında 3,2 faiz azalaraq 4,29 milyon hesablanmışdı.

Qeyd edək ki, ABŞ-da ikinci əl bazarında orta mənzil qiyməti isə may ayında illik 3,1 faiz azalaraq 396 min 100 dollar olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram