Müəllif - Aida İsaq, Banco.az
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyənin Bursa şəhərini “Yaşıl şəhərlər” proqramına daxil edib.
Banco.az xəbər verir ki, bankın verdiyi açıqlamaya görə, Bursa Türkiyənin 5-ci, ümumilikdə proqrama qatılan 60-cı “Yaşıl şəhər” olub. Bu çərçivədə, AYİB Bursa su və kanalizasiya idarəsinə yeni elektrik ötürücü xəttinin, içməli su təmizləyici qurğunun və üç bənd gölünün tikintisini maliyyələşdirmək üçün 70 milyon avro kredit ayıracaq.
Bizi sosial şəbəkələrdən izləyin!!