"Fitch" qlobal iqtisadiyyatın artım proqnozunu yüksəldib | Banco.az

"Fitch" qlobal iqtisadiyyatın artım proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Fitch” qlobal artım proqnozunu yenidən nəzərdən keçirib.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings” Qlobal İqtisadi Görünüş Hesabatının iyun buraxılışını “Mərkəzi Bankların inflyasiya ilə mübarizəsi davam edir” başlığı ilə dərc edib.

Hesabatda qlobal artımın qısamüddətli perspektivdə dayanıqlı olduğu, lakin baza inflyasiyanın hələ də yüksək olaraq qalacağı təqdirdə mərkəzi bankların növbəti aylarda da sərtləşdirmə siyasətini davam etdirməli olacağı bildirilib.

Pul siyasətinin təşkili və onların iqtisadiyyata təsirinin uzun müddət davam etməsilə 2024-cü il üzrə qlobal artım proqnozunun pisləşdiyinə diqqət çəkən hesabatda bu il isə iqtisadi aktivliyin gözlənildiyindən daha yaxşı olduğu və əvvəlki hesabatda 2 faiz qeyd edilən artım proqnozunun 2,4 faizə çatdırıldığı vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram