Müəllif: Tamara Mustafayeva, Banco.az
FED sədri Cerom Pauellin çıxışından sonra qızıl ucuzlaşmaqda davam edib.
Banco.az xəbər verir ki, FED sədri Cerom Pauellin Nümayəndələr Palatasındakı yarımillik çıxışında faiz artımına işarə etməsi və inflyasiya ilə mübarizə vurğusunu yeniləməsi fonunda qızılın qiyməti aşağı istiqamətli hərəkətini davam etdirir.
Hazırda spot bazarda qızılın bir unsiyası 1928 dollara satılır.
Qeyd edək ki, qiymətli metal may ayındakı pik nöqtəsindən 6% ucuzlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!