Aİ Rusiya LNG-ni almaqdan imtina edən ölkələri dəstəkləyib | Banco.az

Aİ Rusiya LNG-ni almaqdan imtina edən ölkələri dəstəkləyib

Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqı bir sıra ölkələrin Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) alışına qarşı mövqeyini dəstəkləyir. 

Banco.az xəbər verir ki, bunu Aİ şurasının iclasının yekunları üzrə keçirilən mətbuat konfransında Avropa komissarı Kadri Simson deyib. O, bir sıra Aİ ölkələrinin öz şirkətlərini Rusiya LNG-nin tədarükü üçün yeni müqavilələr bağlamamağa çağırmaq təşəbbüsünü yüksək qiymətləndirib. Onun sözlərinə görə, görüşdə qarşıdan gələn istilik mövsümü və qaz təchizatının təhlükəsizliyi ilə bağlı məsələlər də müzakirə olunub. Məlumata görə, Rusiyadan yanacaq alışının azalmasına baxmayaraq, Avropa regionu hələ də Rusiya qazının tədarükünün azalmasını tam kompensasiya edə bilməyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram