Müəllif: Tamara Mustafayeva, Banco.az
Dollar, qızıl və kripto investorlarının yaxından izlədiyi FED-in faiz dərəcəsi qərarından əvvəl həyəcanlı gözləmə davam edir.
Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz iclasının təqvimi açıqlanıb.
Buna görə, iyulun 25-26-da FED-in faiz qərarı ilə bağlı iclas keçiriləcək və kritik faiz qərarı 26 iyul Bakı vaxtı ilə saat 22:00-da elan ediləcək.
Qeyd edək ki, analitiklər FED-in uçot dərəcəsini 77 faiz ehtimalla 25 baza bəndi artıracağını proqnozlaşdırırlar.
Bizi sosial şəbəkələrdən izləyin!!