Müəllif: Tamara Mustafayeva, Banco.az
İlon Mask "mümkün qədər tez" bir zamanda Hindistana investisiya qoyuluşu planlaşdırdığını açıqlayıb.
Banco.az xəbər verir ki, “Tesla”nın rəhbəri İlon Mask Hindistanın Baş baziri Narendra Modinin dünyanın ən çox əhalisi olan ölkəsində inkişafı dəstəkləmək üçün ABŞ-a rəsmi səfəri çərçivəsində onunla görüş keçirdikdən sonra şirkətinin Hindistana mühüm investisiya qoyuluşu ehtimalından bəhs edib.
Belə ki, Mask görüşdən sonra jurnalistlərə açıqlama verib.
“Əminəm ki, “Tesla” Hindistan bazarında da olacaq və biz bunu mümkün qədər tez edəcəyik. Hindistanla qarşılıqlı əlaqələrin inkişafı və əsaslı sərmayə qoyuluşu ehtimalı böyükdür”, - o, deyib.
Mask gələn il bu ölkəyə səfər etməyi planlaşdırdığını da vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!