Müəllif - Aida İsaq, Banco.az
Mart ayında Rusiya neft və neft məhsullarının Avropa İttifaqına idxalı 2019-2022-ci illərin orta aylıq səviyyəsi ilə (15,2 milyon ton) müqayisədə 1,4 milyon tona qədər azalıb.
Banco.az xəbər verir ki, Rusiya neftinin idxalının azalmasına səbəb Aİ-nin Rusiyaya qarşı 2022-ci ilin iyununda qəbul edilmiş altıncı sanksiyalar paketi olub. Aİ 2022-ci il dekabrın 5-dən etibarən Rusiya tanker neftinin alınmasını, 2023-cü il fevralın 5-dən isə Rusiya neft məhsullarının idxalını qadağan edib.
Qeyd edək ki, 2023-cü ilin mart ayında xam neftin ümumi idxalı 1,17 milyon ton, neft məhsulları isə 0,3 milyon ton təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!