Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə minimum əmək haqqı 11 min 402 lirə müəyyən edilib.
Banco.az xəbər verir ki, Minimum Əmək haqqının müəyyən edilməsi Komissiyası aralıq artımla bağlı üçüncü iclasını keçirib.
Üçüncü iclasdan sonra yeni minimum əməkhaqqının məbləği elan edilib. Belə ki, Türkiyədə iyulun 1-dən etibarən minimum əmək haqqı 34 faiz artımla 11 min 402 TL olacaq.
Qeyd edək ki, minimum əmək haqqı üzrə dövlət dəstəyi isə 400 lirədən 500 lirəyə çatdırılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!