“Pul siyasətinin sərtləşdirilməsi davam etməlidir” | Banco.az

“Pul siyasətinin sərtləşdirilməsi davam etməlidir”

Müəllif - Aida İsaq, Banco.az

İnflyasiya riskləri yüksək səviyyədə qalmağa davam etdiyi üçün faiz dərəcəsi iyul ayında yenidən artırılmalıdır.

Banco.az xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının üzvü və Slovakiya Mərkəzi Bankının prezidenti Peter Kazimir bildirib. Onun sözlərinə görə, pul siyasətini sərtləşdirmək hazırda ən uğurlu addımdır. AMB rəhbərlik şurasının mühafizəkar üzvləri arasında yer alan və inflyasiya ilə mübarizə üçün faiz artımı çağırışını təkrar vurğulayan P.Kazimir iyul ayında da faizin artırılmasını istəyib. Eyni zamanda o, bu günə qədər edilən faiz artımlarının təsirlərinin təhlil edilməsinin vacib olduğunu xatırladıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram