Müəllif - Aida İsaq, Banco.az
ABŞ dövlət katibi Entoni Blinkenin Çin liderləri ilə görüşü baş tutub.
Banco.az xəbər verir ki, görüş zamanı ərzaq təhlükəsizliyi müzakirə edilib. O, həmkarlarına ABŞ-ın Qara dəniz taxıl sazişinin uzadılmasının vacibliyi ilə bağlı mövqeyini bildirib. Bundan başqa rəsmi nümayəndə Çinin qlobal ərzaq təhlükəsizliyi probleminin həllində əsas rol oynaya biləcəyini vurğulayıb.
Qeyd edək ki, daha öncə Rusiya tərəfi yalnız öz maraqlarının təmin olunacağı halda taxıl müqaviləsinin uzadılacağını qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!