Azərbaycan payına düşən karbohidrogenlərin satışından gəlirini 32% artırıb | Banco.az

Azərbaycan payına düşən karbohidrogenlərin satışından gəlirini 32% artırıb

2022-ci ildə Azərbaycan payına düşən karbohidrogenlərin satışından 19 milyard 698,9 milyon manat və yaxud 11 milyard 587,6 milyon ABŞ dolları xalis gəlir əldə edib.

Bu barədə Hesablama Palatasının “Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair hesabatda bildirilir.

Sənədə əsasən, bu Fondun 2022-ci il üzrə təsdiq edilmiş büdcə göstəricisinə nisbətən 4 milyard 705,5 milyon manat və yaxud 31,8 % çoxdur.

Hesabat ilində bir sıra yataqlar üzrə hasilat proqnozu tam yerinə yetirilməsə də, xam neftin satış qiymətinin proqnozlaşdırılmış qiymətdən yüksək olması nəticəsində Fondun bu mənbə üzrə daxilolmaları proqnoz məbləğini üstələyib. Belə ki, 2022-ci ilin büdcəsində xam neftin satış qiyməti 70 ABŞ dolları proqnozlaşdırıldığı halda il ərzində bir barelin ortaçəkili qiyməti 101,1 ABŞ dolları təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et