“Alibaba” şirkətinə yeni baş direktor təyin edilib | Banco.az

“Alibaba” şirkətinə yeni baş direktor təyin edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Alibaba Group” Daniel Zanqın yerinə yeni baş direktorunu seçdiyini açıqlayıb.

Banco.az xəbər verir ki, Çinin e-ticarət nəhəngi “Alibaba”dan bugün edilən açıqlamaya görə, Eddi Vu şirkətin yeni baş direktoru (CEO) təyin edilib.

Qeyd edək ki, Vu “Alibaba”nın həmtəsisçisi və hazırda “Taobao” və “Tmall Group”un sədridir.

Zanq isə sentyabrın 10-dan etibarən qüvvəyə minəcək bu dəyişiklikdən sonra Alibaba Bulud Kəşfiyyat Qrupunun prezidenti və baş menecer kimi çalışmağa davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et